Siyasət

Bakı və İrəvan delimitasiya komissiyalarının iclaslarını keçirəcək

Ermənistan və Azərbaycan sərhədin müxtəlif hissələrində delimitasiya komissiyalarının iclasları keçiriləcək.
Jamaz.info xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən “Sputnik Ermənistan”a bildirilib.
Bundan əvvəl, iyulun 12-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin dördüncü görüşündə bir sıra təşkilati və prosessual məsələlər müzakirə olunub.
Tərəflər növbəti görüşün təşkili üçün məkan kimi bir-birinə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə onlar Tavuş rayonu və Qazax rayonu ərazisində görüşün keçirilməsi barədə razılığa gəliblər.
“Tərəflərin qarşılıqlı razılığı ilə hər dəfə dövlət sərhədinin müxtəlif hissələrində sərhəddə görüşlərin keçirilməsi qərara alınıb”, Qriqoryanın ofisinin şərhində deyilir.
Bundan əlavə, onlar iki ölkənin komissiyalarının digər üzvlərinin də iclasda iştirak etdiyini bildiriblər. Eyni zamanda, tərkibində konkret kimin olduğu haqda ofis açıqlama verməyib.(Qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button