Siyasət

“Bəzi məsələlərdə Bakı ilə razılaşa bilmirik” – Ermənistan XİN

“Elə fundamental məsələlər var ki, Bakı ilə razılaşa bilmirik”.
Jamaz.info
 xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə söhbətində deyib.
O, bildirib ki, hazırda Bakı ilə İrəvan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesinin hansı ilin xəritəsi ilə aparılması, qarant ölkə və beynəlxalq dialoq mexanizmləri ilə bağlı heç bir razılıq yoxdur.
Kostanyan əlavə edib ki, bu məsələlərdə tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır, lakin iş davam edir:
“Ermənistan tərəfi hər zaman görüşlərə, kommunikasiyaların bloklanmasına, demarkasiya və delimitasiyaya, həmçinin sülh müqaviləsinin mövzuları çərçivəsində mətnlərin müzakirəsinə hazırdır. Biz bütün bu istiqamətlər üzrə nəticələrin əldə olunmasında maraqlıyıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button