Siyasət

“Azərbaycanla bütün kommunikasiya əlaqələrini açmağa hazırıq” – Mirzoyan

“Ermənistan bütün kommunikasiya əlaqələrini açmağa hazırdır”.

Jamaz.info xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin “Əl Qahirə nuys” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Bakı və İrəvan arasında müzakirələrin fərqli komponentləri var: “Birincisi, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması, ikincisi, sərhədin demarkasiyası və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, üçüncüsü isə sülh sazişidir”.

Nazirin sözlərinə görə, kommunikasiya məsələsində mövqelər üst-üstə düşür.

“2020-ci ildə baş vermiş müharibədən sonra sülh müqaviləsi ilə bağlı Azərbaycanla danışıqlar davam edir”, – A.Mirzoyan söyləyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button