Siyasət

Azərbaycanı niyə məğlub etmək mümkün olmadı? – Paşinyan iclasda danışdı

“Belə bir versiya var ki, məsələn, 27 oktyabr 1999-cu il hadisələri danışıqlar prosesi ilə, xüsusən də ərazilərin mübadiləsi konsepsiyası ilə bağlıdır. Bu, hələ cinayət qanunvericiliyində sübuta yetirilməmiş və əsaslandırılmamış versiyadır, lakin onun istintaq predmetinə çevrilməsi mümkündür”.

Jamaz.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 27-də 44 günlük müharibənin nəticələrinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında bildirib.

1994-cü ildə atəşkəs elan olunanda müharibədə Ermənistan tərəfinin qalib gəldiyi, Azərbaycan tərəfinin isə uduzduğu bildirilirdi.

Bundan sonra 20 il ərzində Azərbaycan əhalisi demək olar ki, iki dəfə artdı, Ermənistanın əhalisi xeyli azaldı.

Bəs onda qələbə kimin oldu?

Niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə azaldı, niyə bu qələbə nəticəsində Azərbaycanı iqtisadi rəqabətdə məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliklə, hərbi büdcə ilə bağlıdır. Biz də bilirik ki, 1997-1998-ci illərdə Qarabağ məsələsi daxili siyasi aspektdə çox önəmli idi”- ,deyə Paşinyan deyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button