Siyasət

Azərbaycanı İrandan qorumaq lazımdır – Blinken

Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə ABŞ dövlət katibi Entoni Blinken ermənipərəst demokrat senator Bob Menendezin Azərbaycanla bağlı təxribatçı suallarını cavablandırıb.

Jamaz.info xəbər verir ki, o, Menendezin 907-ci düzəldilişin niyə dayandırılmadığının və ABŞ-ın niyə Azərbaycana hərbi yardım göstərməsinin səbəblərini açıqlayıb.

O qeyd edib ki, sülhməramlı missiyalarda iştirak çərçivəsində Azərbaycan Silahlı Qüvvələri ilə NATO arasında qarşılıqlı fəaliyyət gücləndirilib.

Blinken ikinci səbəb kimi bildirib ki, Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button