Siyasət

Azərbaycan və Türkiyənin birgə antiterror təlimləri nəyə hesablanıb?

Xəbər verildiyi kimi, Azərbaycan Ordusu əvvəlcədən hazırlanmış plana əsasən mayın 16-dan 20-nə kimi antiterror əməliyyatları sahəsində və digər məsələlərdə təcrübələrin artırılması üçün təlimlər keçirib. JAMAZ.İNFO xəbər verir ki, təlimlər başa çatdıqdan bir gün sonra Azərbaycan Müdafiə Nazirliyi və Türkiyə ordusu antiterror əməliyyatının öyrənilməsi məqsədi ilə digər birgə təlimə start verib.

Politoloq Asif Nərimanlı deyir ki, 16-20 may tarixində antiterror əməliyyatı təlimləri keçirən Azərbaycan Ordusuna “hazır ol” tapşırığı verilmişdi. Onun sözlərinə görə, təlim başa çatdıqdan dərhal sonra Türkiyə ilə eyni addımın atılmasının üç hədəfi var: “Birincisi, Azərbaycan razılaşmaların bütün şərtlərini güc yolu ilə icra edə biləcəyinin mesajını verir. Bu, prosesi sürətləndirmək üçün tərəflərə təzyiq məqsədi daşıyır. İkincisi, prosesdə Türkiyə ilə birlikdə hərəkət etdiyini göstərir və bununla üçüncü ölkələrdən mümkün təzyiqləri neytrallaşdırır. Üçüncüsü isə 20 mayda başa çatan təlimdən dərhal sonra türk ordusunun təcrübəsinin öyrənilməsi antiterror əməliyyatına son hazırlıq kimi qəbul edilə bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button