Siyasət

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək – YENİLƏNİB

ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək.

JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan XİN sözçüsü Tvitter səhifəsində bildirib.

Məlumatda qeyd edilib ki, Amerika tərəfinin təşəbbüsü ilə noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, ABŞ dövlət katibi Entoni Blinken və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında üçtərəfli görüş keçiriləcək.

***

6 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqton şəhərinə səfəri başlayıb.

JAMAZ.İNFO xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi məlumat yayıb. Səfər çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri ilə görüşün keçirilməsi nəzərdə tutulub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button