Siyasət

Azərbaycan və Ermənistan xəritə ilə bağlı razılığa gəlib? – Qriqoryan açıqladı

Azərbaycan və Ermənistan sərhədlərin müəyyənləşdirilməsi üçün əsas ola biləcək heç bir xəritə ilə bağlı razılığa gəlməyib.

Jamaz.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

İyulun 12-də Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının dördüncü iclasını keçiriblər.

“Heç bir xəritə ilə bağlı qərar qəbul edilməyib”, – baş nazirin müavininin ofisindən bildirilib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin dördüncü görüşündə bir sıra təşkilati və prosedur məsələlər, o cümlədən delimitasiya məsələləri müzakirə olunub. Tərəflər növbəti görüşün tarixini və yerini müəyyən etmək barədə razılığa gəliblər. Komissiyanın əvvəlki iclası noyabrın 3-də Brüsseldə baş tutub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button