Siyasət

AY Partiyanın Başqanlıq Heyəti Türkiyədə böyük səfərdədir – FOTOLAR

Azərbaycan Yüksəliş Partiyası (Ay Partiya) Başqanı Anar Əsədlinin Türkiyəyə noybarın 21-ə nəzərdə tutulan səfərinə hazırlıq məqsədilə AY Partiya İcra Aparatının rəhbəri Aqil Dadaşzadə, Başqanın Siyasi məsələlər üzrə müavini Rəşad Bakuvi, İnsan haqları və QHT ilə iş üzrə müavini Gülşən Hacıyeva noyabrın 15-də Ankaraya gəliblər.Jamaz.info xəbər verir ki, AY Partiya təmsilçiləri Ankarada Demokrat Partiyasının Başqanı Gültekin Uysal, DEVA Partiyası Başqanı Ali Babacanın Xarici məsələlər üzrə müavini Abdurrahman Bilgiç, Yenidən Refah Partiyası Başqanı Fatih Erbakanın müavini Doğan Bekin, Gələcək Partiyası Başqanı Əhməd Davudoğlunun Xarici məsələlər üzrə müavini Şükrü Kırboğa, İYİ Partiya Başqanı Meral Akşenerin sözçüsü Kürşad Zorlu, Ədalət və İnkişaf Partiyasının (AK Parti) başqan müavinləri, Cümhuriyyət Xalq Partiyasının Xarici əlaqələr bölməsinin nümayəndələri ilə görüşüblər. AY Partiya heyəti həmçinin Türkiyə Böyük Millət Məclisini ziyarət edərək İYİ Partiya millət vəkili Behiç Çeliklə bir araya gəlib.AY Partiya Başqanının Türkiyə səfəri onun ölkəyə çıxışına qanunsuz olaraq, qadağa qoyulduğu üçün baş tutmayıb. Noyabrın 18-də Partiya Başqanının Beynəlxalq məsələlər üzrə müavini Vasif İsmayıl və Türk dünyası və ideoloji məsələlər üzrə müavini Aynur Qəzənfərqızı da Türkiyəyə səfər edib.

Noyabrın 19-da Vasif İsmayıl MilletHaber TV-nin canlı yayımda qonağı olub. AY Partiyanın Başqanlıq Heyəti Məhəmməd Əmin Rəsulzadənin və Atatürkün məzarlarını ziyarət edib.
Partiya təmsilçilərinin Ankarada görüşləri davam edir.   

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button