Siyasət

Asif Nərimanlı: “Azərbaycan Ordusu analoji addımları Qarabağda da atacaq”

Xəbər verildiyi kimi, ötən gün gecə saatlarında Ermənistan hərbçiləri Azərbaycan dövlət sərhəddinin Kəlbəcər istiqamətində pozmağa və təxribat törətməyə cəhd ediblər. JAMAZ.İNFO xəbər verir ki, təxribat törədən erməni hərbçiləri Azərbaycan Ordusunun təminat yollarını minalamağa cəhd göstəriblər. Bundan başqa, tanklar da daxil olmaqla, hərbi texnikadan istifadə etməklə sərhəddimizi keçməyə çalışıblar.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təxrbatların qarşısı alınıb və düşmənin 6 əsgəri Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi yaxınlığında əsir götürülüb.

Məsələ ilə bağlı JAMAZ.İNFO-ya danışan politoloq Asif Nərimanlı bildirib ki, dünən Şuşaya hücum edən ermənilərin, bu gün Kəlbəcər istiqamətində yolları minalamağa cəhd etməsi Ermənistanın sərhəddəki gərginliyi yenidən Azərbaycanın daxilinə köçürməsi planıdır. Onun sözlərinə görə, plana uyğun olaraq, Qarabağdakı terrorçuların da təxribat hücumlarını artıracağı istisna deyil. “Hadisələrin inkişafı Ordumuzun növbəti mərhələdə zərərsizləşdirmə addımlarını Qarabağdakı terrorçulara qarşı atacağını qaçılmaz edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button