Siyasət

Artak Zakaryan: “Paşinyan London görüşündən sahiblərinin diqtəsi ilə imtina edib”

Xəbər verildiyi kimi, dünən Londonda Azərbaycan Prezindeti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutmayıb. JAMAZ.İNFO xəbər verir ki, Bakının təklifinə əsasən nəzərdə tutulan görüşün baş tutmamasının günahkarı isə Ermənistan olub.

Qeyd edək ki, erməni siyasi cameəsində bu məsələyə birmənalı yanaşma yoxdur. Bir çoxları Paşinyan görüşdən imtinasını məqbul addım kimi təqdim etsə də, bir çoxları da bunun heç də səbəbsiz olmadığını bildirirlər.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan görüşün baş tutmamasının bəzi səbəbləri barədə danışıb. O deyib ki, Ermənistan yaxın gələcəkdə qondarma sülh müqaviləsi prosesini ləngitmək, yaxud ona yeni tələblər daxil etmək üçün bəhanələr axtarır. “Bəzi xarici təsir mərkəzləri (yaxud onlardan heç olmasa biri) hələ də öz maraqlarını tam təmin edilmiş hesab etmirlər və onların təsiri altında olan Ermənistandan ikitərəfli görüşə getməməyi (arzuolunmaz razılaşmaların qarşısını almaq üçün) xahiş ediblər”.

Zakaryan bildirib ki, yaxın gələcəkdə regionda yeni çağırışlar və yaxud yeni imkanlarla dolu olan xarici maraqların yenidən qurulması və proseslərə təsirin dəyişməsi gözlənilə bilər. “Belə olan halda çox güman ki, Ermənistan sahibləri ilə məsləhətləşdikdən sonra müəyyən gözləntilərlə və vaxt udmaq üçün günahı qarşı tərəfin üzərinə ataraq görüşdən imtina edib”.

Keşmiş nazir müavini onu da vurğulayıb ki, Nikol Paşinyan prosesi son mərhələyə keçirməkdən çəkinir və qorxur. “Paşinyan yaxşı bilir ki, yekun sənədin imzalanması onun üçün ciddi problemlərə səbəb olacaq. Ona görə də, son mərhələdən çəkinir və qorxur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button