Siyasət

Andrey Bıstritski: “Sülh müqaviləsi ərəfəsində yeni münaqişənin yaranması riski var”

“Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması ərəfəsində gərginliyə səbəb ola bilər”. JAMAZ.İNFO xəbər verir ki, bunu Valday Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri Andrey Bıstritski deyib.

Onun sözlərinə görə, hazırda vəziyyəti aydınlatmaq çətindir.  “Ola bilsin ki, indi bu ölkələr sülh müqaviləsi və ya hansısa saziş ərəfəsində kifayət qədər ciddi bəyanatlar verirlər. Eyni zamanda, bütün bu bəyanatlardan sonra müqaviləyə əsaslı hazırlıq barədə bəyanatlar gəlisin. Ona görə də siyasi ritorikanı işlərin real vəziyyətindən ayırmaq həmişə asan olmur”.

Bıstritski xatırladıb ki, əvvəlki illərdə az-çox fundamental sazişin bağlanması ilə bağlı danışıqlar gedəndə tərəflər danışıqlarda mövqelərini gücləndirmək üçün bir-birlərinə qarşı təxribat xarakterli bəyanatlar da verirdilər. “Mən Ermənistanla Azərbaycan arasında yeni münaqişənin yaranma ehtimalı haqqında danışmaq istməzdim. Lakin hər zaman həmin risklər var. Biz bunu 2020-ci ildə görmüşük, lakin eyni zamanda hər iki tərəf başa düşür ki, hərbi əməliyyatlar ekstremal haldır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button