Siyasət

Ərdoğan Türk dövlətlərinə təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edib.

Jamaz.info xəbər verir ki, o, Türkiyədə baş verən zəlzələdən, Türk dünyasının iqtisadi əlaqələrindən və Rusiya-Ukrayna müharibəsindən danışıb.

Ərdoğan bildirib ki, ötən ay qeydə alınan zəlzələdən sonra ilk köməyə gələn Türk dövlətləri olub. O, dəstəyə görə türk dövlətlərinə təşəkkür edib. “Türk dünyası Türkiyənin çağırışına səs verən ölkələr arasında birincilərdən olub. Əziz xalqımız bu dəstəyinizi unutmayacaq”, – dövlət başçısı qeyd edib.

Türkiyə lideri Rusiya və Ukrayna arasındakı müharibədə vasitəçilik etməyə davam edəcəyini bildirib.

Çıxışının sonunda Ərdoğan müsəlmanları Novruz və Ramazan bayramları münasibətilə təbrik edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button