Siyasət

Ərdoğan Şuşadan kimlərə və hansı mesajları verəcək?

Qulu Məhərrəmli vurğulayıb ki, statusla bağlı arada səslənən mesajlar da ermənilərə verilən boş ümiddir: “Bu gün Qarabağ məsələlərində artıq Ermənistanın heç bir rolu və iştirakı yoxdur. Müxtəlif nazirlərin ora gəlişindən asılı olmayaraq, Qarabağ Ermənistanın nəzarətində deyil. Çox təəssüf ki, Azərbaycan da hələlik ora bəlli səbəblərdən sahiblik edə bilmir. Orada söz sahibi Rusiyadır, Rusiya sülhməramlıları vasitəsi ilə bölgəyə, Xankəndiyə nəzarət edir. Bu da tarixin bir anıdır. Hadisələr ona doğru gedir ki, müəyyən qətiyyətli addımların atılması Rusiya ilə çərçivələrin  dəqiq müəyyənləşdirilməsi Azərbaycanı yenidən Xankəndiyə qaytara bilər”.
Qulu Məhərrəmli qeyd edib ki, Türkiyə Prezidentinin Şuşaya səfərinin həm də Rusiyaya mesajı var: “Geosiyasi maraqlar baxımından Qafqaz, Cənubi Qafqaz, Ermənistan Rusiyanın maraq dairəsinə aiddir və onun təsiri altındadır. Ermənistanda ikinci hərbi baza yaradılır. Qarabağa sülhməramlıların gəlişi hər halda perspektivə yönəlib, amma bütün bunlarla yanaşı, Azərbaycanın ərazi bütövlüyü müəyyən mənada Türkiyənin maraq çərçivəsindədir. Nə baş verirsə-versin Türkiyənin maraqları nəzərə alınır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button