Ölkə içi

Zəngəzur Dəhlizinin təməli qoyuldu

Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Bu barədə İlham Əliyevin mətbuat xidməti məlumat yayıb. 
Məlumatda bildirilir ki, dövlət başçıları əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular. Sonra Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar.
Prezident mətbuat xidməti Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini, Zəngəzur Dəhlizinin təməlqoyma mərasimi kimi xarakterizə edib.
Bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev dövlət radiosuna açıqlamasında bəyan etmişdi ki, Bakı “Zəngəzur dəhlizi layihəsini həyata keçirəcək, Ermənistan bunu istəsə də, istəməsə də”. Rəsmi Yerevan isə “Zəngəzur dəhlizi” narrativinin təkcə Bakıya aid olduğunu, 10 Noyabr Atəşkəs Bəyanatında belə bir terminin adının hallanmadığını bildirir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button