Ölkə içi

“Yenə evdən işləyirəm” – Elmar Məmmədyarov

Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov yerli mətbuata müsahibə verib.

Jamaz.info xəbər verir ki, eks-nazir “news24.az” saytına müsahibəsində işdən çıxmasına səbəb olan hadisə, eləcə də Qarabağda baş verən son olaylarla bağlı fikirlərini bölüşüb.

O, evdən işləyib-işləməməsi barədə suala cavabında bildirib ki, ofisi yoxdur və evdən işləməyə davam edir.

“Onsuz da ofisim yoxdur, evdən işləyirəm… Harada işləməyin fərqi yoxdur, əsas odur hansı nəticə var”, – deyə keçmiş nazir bildirib.

Qeyd edək ki, 2020-ci ilin iyul ayının 15-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Xarici İşlər Nazirliyinin fəaliyyətindən narazılığını ifadə edib. Baş nazir Əli Əsədov xarici işlər naziri Elmar Məmmədyarovun evdən işlədiyini bildirib. Ertəsi gün o, vəzifəsindən azad edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button