Ölkə içi

Xankəndidə sərt karanatin rejimi elan edildi

Rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ ərazisində yaşayan ermənilər arasında koronavirusa yoluxanların sayı sürətlə artmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, artıq günlük yoluxma sayı 100-ə yaxınlaşır.

Qeyd edək ki, cəmi 25 min ermnəninin yaşadığı Azərbaycan ərazisində bu qədər yoluxma halı təhlükə hesab olunur. Elə bu səbəbdəndir ki, bölgədəki separtatçılar sərt karanatin rejimi tətbqi etməyi qərara alıblar. Belə ki, bu gün Xankəndidə bir araya gələn separatçıların nümayəndələri qərar qəbul ediblər ki, yoluxma sayının çoxalması səbəbindən 4 noyabrdan 1 dekabra kimi sərt karanatin rejimi tətbiq olunacaq.

Həmin rejimə əsasən açıq və qapalı yerlərdə maska taxmaq məcburi olacaq. Bundan başqa, digər məhdudiyyətlər də tətbiq ediləcək.

Karantin rejimi bütün Qarabağ ərazisində tətbiq ediləcək.

P.S. Görəsən, Azərbaycan Səhiyyə Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın bundan xəbəri varmı?  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button