Ölkə içi

Vitse-spiker: “Ermənistan Qarabağın mövqeyini təmsil etmir”

“Sülh müqaviləsində iki məsələyə toxunulmalıdır. Birincisi, Ermənistan və Azərbaycanın ərazi bütövlüyü və bir-birindən ərazi tələblərinin olmamasına dair öhdəlik. İkincisi isə Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsinə”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan deyib.

O bildirib ki, Ermənistan mövqeyi budur ki, İrəvanın Azərbaycandan heç bir ərazi tələbimiz yoxdur.  “Sizin, jurnalistlər, Azərbaycana ərazi iddianız varmı? Siz deyirsiniz ki, Şuşa Ermənistanın ərazisidir? Biz dövlət sərhədlərini və dövlətlərimizə məxsus əraziləri tənzimləməliyik. Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar Bakı və Xankəndi dialoqu üçün beynəlxalq format yaradılmalıdır. Xankəndi danışıqlar masasında olmayanda bizim danışıqların məntiqi dəyişir. Çünki bizim Azərbaycanla ərazi mübahisəmiz olduğu hiss olunur”.

Jurnalistlərin “Ola bilərmi ki, Bakı Xankəndi ilə masa arxasında oturmağa razı olmayacaq və müqavilə təhlükəsizlik zəmanəti olmadan imzalanacaq” sualına Arşakyan birbaşa cavab verməyib.  “Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ali Şuranın qərarına uyğun olacaq. Əgər bir şey deyilərsə, ona əməl etməlisən. Konkret mətnlə davam etdirilən yeganə hal “Qarabağ Ermənistandır, vəssalam” ifadəsidir”.

Erməni vitse spikerin sözlərinə görə, hökumətin mövqeyi ictimaiyyət üçün başa düşüləndir.  O hesab edir ki, Ermənistanın bu məsələyə soyuqqanlılıqla, emosionallıq olmadan baxmasına ehtiyac var. “Ermənistan hökuməti Ermənistanın mövqeyini təmsil edir. Biz Qarabağın mövqeyini təmsil etmirik. Söhbət təhlükəsizlik sistemindən gedirsə, ərazi bütövlüyünə aydınlıq gətirilmədən bu mümkün deyil. Qarabağ hökuməti nə deyəcək, nə deməyəcək, bu, Ermənistanın təhlükəsizliyi ilə bağlı sualdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button