Ölkə içi

VİP sədrinin şikayəti təmin edilmədi

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev barəsində Yasamal Rayon Məhkəməsinin qərarından verilmiş apelyasiya şikayətinə baxılıb. APA-nın məlumatında deyilir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə partiya sədrinin şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçıların şikayətlərində göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib. Onların şikayətləri ayrı icraatda araşdırılıb.

Təqsirləndirilən şəxs barəsində iki şikayətlə bağlı ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

Apelyasiya şikayəti həmin qərardan verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button