Ölkə içi

Türkiyə və Azərbaycan birgə istehsal müəssisələri yaradacaq

Vətən Müharibəsi iki qardaş xalq arasında münasibətlərin hansı səviyyədə olduğunu bir daha sübut etdi.

Jamaz.info xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Konyada keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində çıxışı zamanı deyib.

Nazir Şuşa bəyannaməsinin yüksək səviyyəli münasibətlərin bariz nümunəsi olduğunu bildirib.

“Bir sıra mühüm layihələr həyata keçirmişik, bundan sonra birgə istehsal müəssisələrinin yaradılmasına çalışacağıq. Türkiyə müdafiə sənayesinin son illərdə dünyada əldə etdiyi uğurlar da bizi sevindirir. Bu istiqamətdə İstanbulda keçirilən TEKNOFEST-də Azərbaycan Prezidenti İlham Əliyev yaxın zamanlarda bəzi silahların ölkəmizdə istehsal olunacağını açıqlayıb. Vətən müharibəsi iki qardaş xalq arasında münasibətlərin hansı səviyyədə olduğunu bir daha sübut etdi. Biz dünyaya göstərdik ki, ən çətin anlarda bir-birimizin yanındayıq”, –  Zakir Həsənov qeyd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button