Ölkə içi

Toivo Klar: “Bakı-Xankəndi dialoqu başlamalıdır”

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klar Bakı-Xankəndi dialoqu barədə fikirlər səsləndirib. JAMAZ.İNFO xəbər verir ki, xüsusi nümayəndə bunun vacib olduğunu deyib.

O qeyd edib ki, zorakılığa alternativ təqdim etmək, lazımi etimadı gücləndirmək və ləyaqəti təmin etmək üçün Bakı ilə Xankəndi arasında real dialoq başlanmalıdır. “Avropa İttifaqı Ermənistan və Azərbaycan liderləri ilə Brüsseldə keçiriləcək üçtərəfli görüşü səbirsizliklə gözləyir”.

Klar Laçın dəhlizinin açılmasını da dilə gətirib. “Avropa İttifaqının dəfələrlə təkrarladığı kimi, enerji daşıyıcılarının təchizatının, eləcə də insanların və yüklərin Laçın dəhlizi ilə hərəkətinin məhdudiyyətsiz bərpa olunması çox vacibdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button