Ölkə içi

Tiqran Abramyan: “Bakı ilə İrəvan arasında sülh sazişinə əngəl olan amillər var”

“Son günlər sülh sazişinin imzalanması ilə bağlı müəyyən gözləntilərin olduğu nəzərə çarpır. Bir çox insanlarda belə bir təəssürat yaranır ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına Qarabağ mane olub və Qarabağ məsələsi bitdikdən sonra məsələ əslində həll olunub”. JAMAZ.İNFO xəbər verir kio, bunu “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan deyib.

O bildirib ki, reallıqda ER-Azərbaycan qeyd-şərtsiz sülh sazişi təkcə Qarabağla bağlı deyildi. “Ermənistan-Azərbaycan münasibətlərində problemlər yaradan və bu sazişin imzalanmasına mane olan çoxlu sayda problemlər var”.

Abramyanın sözlərinə görə, birinci maneə sərhədlərin delimitasiyası və demarkasiyası prosesidir. “Ermənistan və Azərbaycanın bu məsələyə yanaşmaları tamamilə fərqlidir. Bu dövrdə Azərbaycan müxtəlif saxta xəritələri önə çəkməyə çalışıb. Bir xəritəni əsas götürmək istəmir, danışıqların əsası ola bilməyəcək prinsiplər irəli sürür”.

O ikinci problem kimi, nəqliyyat kommunikasiyaların açılmasını göstərib. “Bunun əsasında Azərbaycan Zəngəzur dəhlizinin açılmasına çalışır. Təbii ki, bu mövzu Ermənistanla Azərbaycan arasında imzalanacaq sənədlərdə də böyük maneələr yaradır”.

Fraksiya katibinin fikrincə, Qarabağ məsələsi bu prosesdə obyektiv maneə olmayıb. “Reallıqda Ermənistan və Azərbaycan arasında Qarabağ məsələsində kompromis var idi. Onun təzahürü Ermənistan hakimiyyətinin son il yarım ərzində Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması ilə bağlı verdiyi bəyanatlar idi. Təbii ki, bu problem sazişin imzalanması məsələsində heç bir maneə yaratmırdı”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button