Ölkə içi

Tatul Petrosyan: “Bundan sonra da Ermənistan əsgər itirəcək”

“Hələ 2019-cu ildə mühəndis işləri bəhanəsi ilə Azərbaycan sərhədçiləri Ermənistan sərhədlərinə yaxınlaşaraq təhlükəsizlik zonası deyilən əraziyə dərin bir şəkildə nüfuz etdilər. Həmin vaxt belə təəssürat yaranmışdı ki, o zaman azərbaycanlıların uğurları mövcud hakimiyyətin səriştəsizliyi və Ermənistan Müdafiə Nazirliyinin hərəkətsizliyi ilə deyil, bu hərəkətlərin əvvəlcədən razılaşdırıldığı ilə bağlıdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan ədliyyə nazirinin sabiq müavini, general-mayor Tatul Petrosyan deyib.

O iddia edir ki, bu gün baş verənlər həmin addımların davamıdır. Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistan sərhəddinə yaxınlaşaraq, mühəndislik işlərini davam etdirəcəklərini nümayiş etdirirlər. “Təəssüf ki, itkilərimiz var: biri ölü və bir ağır yaralı. Ancaq bu dəfə o təəssürat var ki, düşmənin irəliləməsini dayandırmağa cəhd göstərirlər”.

Petrosyan deyir ki, keçən ilki 44 günlük müharibədən sonra Ermənistanla Azərbaycan arasındakı sərhəd xeyli genişlənib və bu proses dayanmayacaq. “Bu qardan sonra üzə çıxan ilk çiçəklərdir. Hamımız çox yaxşı bilirik ki, Geğarkunik və Sünik bölgələrində Azərbaycan 24 km-dən çox daxil olub. Bəzi yerlərdə bu 3.5 km, bəzi yerlərdə isə 500 metr təşkil edir. Lakin həmin vaxt biz Azərbaycanın ərazilərimizi işğal etməsinə imkan verdik, heç bir müqavimət göstərmədik. Atışma belə olmadı. Lakin bu dəfə fərqlidir. Çünki Ermənistan tərəfi atəş açıb və qarşı tərəfi dayandırmağa çalışıb”.

Onun sözlərinə görə, Ermənistanın itkiləri bununla yekunlaşmayacaq. O hesab edir ki, Ermənistanın əsgər itkiləri bundan sonra da davam edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button