Ölkə içi

Talıbovların şirkətləri barəsində iddia qaldırıldı

Hazırda ləğv prosesində olan “Bank of Azerbaijan” ASC “Cahan-İnşaat” MMC, “Cahan-Motors” MMC və “Cahan-Pen” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Jamaz.info
Yeniavaz.com-a istinadən xəbər verir ki, hər 3 şirkət barəsində qaldırılan məhkəmə iddiası Naxçıvan Kommersiya Məhkəməsinin hakimi Elşən Salmanovun icraatına verilib.
“Bank of Azerbaijan”ın qaldırdığı iddialar kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

Məlumat üçün bildirək ki, “Bank of Azerbaijan” ASC-ın lisenziyası 2016-cı ildə ləğv olunub. Bankın əsas səhmdarları arasında sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus “ZQAN Holdinq” və məşhur iş adamı, “Hafka” ləqəbli Hafiz Məmmədov yer alıb.
Barəsində iddia qaldırılan şirkətlərin isə Naxçıvan Ali Məclisinin ötən həftə tutduğu vəzifədən istefa verən sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbova məxsus “Cahan Holdinq” şirkətlər qrupuna daxil olduğu bildirilir.
Onu da qeyd edək ki, daha əvvəl Naxçıvan Kommersiya Məhkəməsində Vasif Talıbova bağlı şirkətlər haqqında iddia qaldırılmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button