Ölkə içi

Təsdiqləndi: Azərbaycanın 5 idmançısı İrəvana gedir

Azərbaycan 2023-cü ildə İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak ərizəsini təsdiqləyib.

Jamaz.info xəbər verir ki, İrəvana beş idmançımız gedəcək. Onların adları Beynəlxalq Federasiyanın saytında yer alıb: İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq), Nazilə İsmayılova (49 kq).

Avropa çempionatı aprelin 15-23-də İrəvandakı Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçiriləcək. Bu çempionat 2024-cü ildə Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarına reytinq xalları verəcək. Çempionatda 40-a yaxın ölkədən 500-dən çox idmançı iştirak edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button