Ölkə içi

Şuşa yolundan növbəti sülhməramlıların maşınları keçdi

Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Jamaz.info xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə yolla hərəkətinə davam edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Belə ki, aksiya iştirakçıları növbəti dəfə də bu mövqeni nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.(axar.az)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button