Ölkə içi

Sülhməramlılar Alban-udi icmasını Xudavəngə buraxmadı

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Azərbaycanın Alban-Udi xristian icmasının nümayəndələrinin Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət etməsinə mane olub.

Jamaz.info xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat verilib.

“Sülhməramlılar deyir ki, bu ərazi bizimdir, sizin buraya keçməyə ixtiyarınız yoxdur. Nə vaxt icazə versələr, keçəcəyik”, – Alban-Udi xristian icmasının sədr müavini Rafiq Danakari deyib.

Qeyd edək ki, icma nümayəndələrinin Xudavəngə buraxılmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button