Ölkə içi

Siyasətçilər Qarabağ ermənilərinin başı altına yastıq qoyurlar: “Payıza qədər dözün, yaxşı olacaq”

Ermənistan siyasətçiləri Azərbaycanın haqlı tələblərini yerinə gətirib, ədalətli sülh və normal qonşuluq tərəfdarı olmaq əvəzinə, Qarabağda yaşayan ermənilərin başının altına yastıq qoymaqla məşğuldurlar. JAMAZ.İNFO xəbər verir ki, erməni politoloqlar da daxil olmaqla, böyük əksəriyyət hazırkı vəziyyətin dəyişə biləcəyi barədə illuziyaya malikdirlər.

Onlar bir zamanlar iddia edirdilər ki, Türkiyədə hakimiyyət dəyişərsə, hər şey düzələcək. İndi isə başqa bir varinata əl atıblar. Politoloq Stepan Danelyan yazır ki, Qarabağda yaşayan ermənilər bir neçə ay dözsələr, hər şey “yaxşı” olacaq. “Biz bilirik ki, Qarabağda vəziyyət ağırdır. Lakin onların bu çətin şəraitdə daha bir neçə ay, payıza qədər dözmələri lazımdır. Əgər bu müddətdə qədər dözərlərsə, istədiklərinə nail olacaqlar. Çünki bu aylarda dünyada və regionumuzda ciddi dəyişikliklər ola bilər. Buna görə də, Azərbaycan lideri bu məqamda şansından istifadə etməyə tələsir. Nə qədər çətin olsa da, bir az daha dayanmalıyıq”.

Danelyan daha sonra bildirib ki, onların “ev tapşırıqları” var. “Bizə Ermənistanda payıza qədər hakimiyyət dəyişikliyinə nail olmaq lazımdır”.

P.S. Bunlarınkı “ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər” məsəlindəndir. Bunun başqa adı yoxdur. Ermənistanda oturub, sərsəm xəyalda olanlar anlamırlar ki, dünyada və regionda baş verəcək dəyişikliklərin ermənilərə, onların xəstə təxəyyüllərinə heç bir kömək etməyəcək. Hətta bu dəyişiklik olsa belə, Azərbaycanın faktiki mövqelərdən çəkilməsini qəti şərtləndirməyəcək. Ona görə də, Qarabağdakı ermənilərin başlarının altına yastıq qoyaraq, onları problemə salmaqdan çəkinsinlər. Normal münasibətlər qurub, bu regionda sülh içində yaşamaq lazımdır. Yoxsa, bu qan daha çox axacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button