Ölkə içi

Serjin müavini: “Paşinyan yeni ərazilərin verilməsi üçün oyun oynayır”

“İranın dəhlizlə bağlı bəyanatı Qərbə və Paşinyana yönəlib”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

O bildirib ki, Tehran İrəvana diplomatik dildə bəzi məsələləri çatdırıb: “İran diplomatik dildə Ermənistana bəyan etdi ki, yanlış olaraq Qərbin kartı ilə oynayır və bu, Tehranın xeyrinə deyil”.

Şarmazanov onu da iddia edib ki, əgər Türkiyə və Azərbaycan Ermənistan ərazisindən güc yolu ilə dəhliz açmağa cəhd etsə, İran və Rusiya da boş oturmayacaq.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın partiyasının rəsmisi başqa bir iddia ilə də çıxış edib. O deyib ki, Ermənistan bəzi əraziləri Azərbaycana vermək üçün oyun oynayır. “Paşinyan hökuməti yeni ərazilərin verilməsi üçün oyun oynayır. O bir tərəfdən müharibə olmasın deyə əhali arasında təbliğat aparır. Digər tərəfdən isə Bakını qızışdırmaq istəyir. “Yəqin ki, hansısa mərhələdə Bakının maraqları naminə təşkil edilmiş müharibə başlayacaq”.

Şarmazanov onu da deyib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanmayacaq. “Sülh müqaviləsi əvəzinə, bəlkə də Qərbin nüfuzunu artırmaq üçün hansısa memorandum imzalanacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button