Ölkə içi

Serbiya ilə viza rejimi ləğv edildi

“İstəlinən ölkə ilə vizaların ləğvi turizmin inkişafına və səfərlərin sayının artmasına səbəb olan əsas elementlərdən biridir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azəbbaycanla Serbiya arasında viza rejiminin ləğv edilməsinin perspektivlərindən danışarkən deyib.
Onun sözlərinə görə, viza yer olaraq hansısa iki və yaxud da müxtəlif ölkələr arasında səyahətlərdə həmişə turisti çəkindirici əsas amillərdən birinə çevrilib:
“Ona görə də vizaların ləğvi iki ölkə arasında münasibətlərin, gediş-gəlişlərin, turizm səfərlərinin artımına səbəb olan əsas amillərdən birinə çevrilə bilər. Bu, ikitərəfli olacaq. Azərbaycanlıların da Serbiyaya səfərlərinin daha da artacağı gözlənilir. Və Serbiyadan da turistlərin Azərbaycana gəlməsi üçün daha cəlbedici turizm məhsullarını təklif etməyə çalışmalıyıq ki, onlar üçün də maraqlı olsun. Onların da Azərbaycana səfərləri artsın. Bu, biznes əlaqələrinə də müsbət təsir göstərə, ikitərəfli kiçik və orta sahibkarlardan tutmuş böyük şirkətlərə qədər ikitərəfli əlaqələrin yaranması üçün də stimula çevrilə bilər”.
Natiq Cəfərli hesab edir ki, hər bir halda istəlinən ölkə ilə vizaların ləğvi Azərbaycan üçün postpandemiya və ondan sonrakı dövrdə turizm potensialı üçün əlverişli addım kimi qiymətəndirmək olar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button