Ölkə içi

Separatçılardan şirnikləndirici vəd: “Hərbçilər və “dövlət” işçilərinə 100 dollar veriləcək”

Qarabağda yaşayan ermənilərin orada qalması üçün onları şirnikləndirən separatçılar bunun üçün yeni vasitələrə əl atırlar. JAMAZ.İNFO xəbər verir ki, son zamanlar Xankəndini birdəfəlik tərk edən ermənilərin sayının çoxalması separatçıları ciddi narahat etməyə başlayıb. Hətta Arayik Harutyunyan belə bunun qarşısını almaq gücündə olmadıqlarını bildirib.

Bu gün isə məlum olub ki, separatçılar Qarabağdan getmək istəyən qanunsuz silahlı dəstələrin üzvləri və orada “dövlət” işində çalışanları şirnikləndirmək üçün 40 min dram (100 dollar) dəyərində pul ayırıb. Bunu isə “blokada şəraitində sosial-iqtisadi vəziyyətin yumşaldılması tədbiri” kimi təqdim edirlər.

Həmin pul may ayının 1-dən etibarən hesablanacaq. Bunun hər ay veriləcəyi qeyd edilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button