Ölkə içi

Separatçıbaşı Putinə məktub yazıb: “Ya yolu açın, ya da biz nə edəcəyimizə qərar verəcəyik”

Bu gün Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyan Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Harutyunyanın məktubu sərt tondadır və o, Rusiya prezidentindən konkret cavab gözlədiyini vurğulayıb. “Harutyunyan məktubunda Ermənistanla Qarabağı birləşdirən yolun bağlı olması və sülhməramlı missiyanın həmin yolu açıb-açmayacağını sual verib. Eyni zamanda, Putini bir neçə gün sonra Qarabağda nə edəcəklərini, davam edib-etməyəcəyinə cavab verməyə çağırıb. O, məktubda yazıb ki, əgər ruslar vəziyyəti nəzarətdə saxlamaq və yolu açmaq niyyətində deyillərsə, o zaman Qarabağdakı ermənilərə bu barədə aydın və konkret məlumat verməlidirlər. Bundan sonra isə onların özləri hansı qərarlar verəcəklərini müəyyən edəcəklər”.

“Hraparak” iddia edir ki, məktub sərt tondadır. “Orada kifayət qədər sərt fikirlər yazılıb. Həmin məktubdan aydın görünür ki, Qarabağ ermənilərini səbr kasası daşmaqdadır”.

Məktubun baş nazir Nikol Paşinyan tərəfindən Moskvaya göndəriləcəyi deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button