Ölkə içi

Separatçıbaşı: “Laçın dəhlizinə əlavə beynəlxalq təminat verilməlidir”

Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan iki gün əvvəl Fransaya gedib. JAMAZ.İNFO xəbər verir ki, separatçıların rəhbəri Parisdə Fransa hökumətinin və parlamentin nümayəndələri ilə görüşüb.

Həmin məlumatda deyilir ki, Harutyunyan Fransanın Qarabağdakı ermənilərə humanitar yardım etməsindən razılıq edib. O, həmçinin Laçın dəhlizi və orada quraşdırılacaq nəzarət buraxılış məntəqəsi barədə də danışıb. “Eni 5 km olan Laçın dəhlizi Qarabağla Ermənistanı birləşdirən yeganə yoldur. Azərbaycan həmin yolu bağlamaq istəyir. Ona görə də, biz Laçın dəhlizinə əlavə beynəlxalq təminatlar verilməlidir. Həmin təminatçılardan biri də Fransa olmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button