Ölkə içi

Saleh Rüstəmli ilə bağlı daha bir aksiya təyin edildi

Artıq 40 günə yaxındır həbsxanada aclıq aksiyası keçirən AXCP üzvü Saleh Rüstəmlinin müdafiəsi və azadlığa buraxılması tələbi ilə daha bir aksiya təyin olunub. JAMAZ.İNFO xəbər verir ki, aksiyanın təşkilatçılları dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında etiraz təşkil edəcəklərini bəyan ediblər.

Məsələ ilə bağlı açılqlama yayan DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov qeyd edib ki, belə çağırışlardan artıq xəbərdardırlar:  “Dekabrın 1-də olduğu kimi bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcəkdir. Bu zaman yarana biləcək hər hansı  insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcəkdir”.

Qeyd edək ki, Saleh Rüstəmlinin azadlıqğa buraxılması tələbi ilə 1 dekabrda da aksiya keçirilmişdi. Həmin aksiya polis tərəfindən dağıdılmışdı.

Xatırladaq ki, Saleh Rüstəmli dünəndən etibarən su içməkdən də imtina edərək, quru aclığa başlayıb. Onun vəkili bildirib ki, əgər belə davam edərsə, bir neçə gündən sonra Rüstəmli həyatını itirə bilər.

Onu da bildirək ki, Saleh Rüstəmli ittiham olunduğu məsələdə özünü təqsirli bilmir, həbsini siyasi sifariş hesab edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button