Ölkə içi

“Sərhədləri 1975-ci il xəritəsi ilə müəyyən etməyə hazırıq”

“Ermənistan Azərbaycanla sərhədlərini müəyyənləşdirmək üçün 1975-ci il xəritələrini vacib sayır. Hesab edirik ki, həm ABŞ, həm də Rusiyanın dəstəklədiyi bu təklifə əsasən 1975-ci il xəritələri ilə sərhədlərin müəyyənləşdirilməsi həyata keçirilməlidir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O deyib ki, bu təklif beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. “Məmnunluq hissi ilə qeyd etməliyik ki, bu problem beynəlxalq ictimaiyyət tərəfindən də qaldırılır. Azərbaycanla bağlı deyə bilərəm ki, hazırda Bakının mövqeyində dəyişiklik qeyd edə bilmərəm. Sərhədin təhlükəsizliyinin təmin edilməsi danışıqlar prosesinin vacib hissəsidir. Azərbaycan danışıqlar zamanı daha əlverişli mövqe əldə etməyə çalışaraq, hərbi təzyiq siyasətini davam etdirir”.

Paşinyan əlavə edib ki, qoşunların güzgü şəklində çəkiməsi həıyata keçirilməlidir. “Lakin bu, sərhədin demarkasiyası işlərini əvvəlcədən müəyyənləşdirmir. Onlar ayrı-ayrı proseslərdir. Lakin demarkasiya üçün 1975-ci ilə xəritəsi əsas olmalıdır””.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button