Ölkə içi

Sərhəddə Azərbaycan və Ermənistan hərbçiləri arasında dava düşüb

Azərbaycan-Ermənistan sərhəddində xidmət edən hərbçilər arasında dava düşüb. JAMAZ.İNFO xəbər verir ki, davaya səbəb tərəflər arasında anlaşılmazlıq olub.

Məlumata görə, erməni əsgərləri növbəti dəfə Sünik istiqamətində dövlət sərhəddimizi qoruyan əsgərlərimizin geri çəkilməsini istəyib və hərbi postlarımıza yaxınlaşıblar. Azərbaycan əsgərləri onlardan ərazini tərk etmələrini, əks təqdirdə zorla çıxarılacaqları barədə xəbərdarlıq edib. Nəticədə, tərəflər arasında mübahisə yaranıb və daha sonra davaya çevrilib.

Verilən xəbərə görə, Azərbaycan hərbçiləri ermənilər geri çəkilməyə məcbur edib və zabit heyətinin arayi girməsindən sonra insidenti aradan qaldırmaq mümkün olub.

Qeyd edilir ki, hadisə zamanı heç bir silahdan istifadə olunmayıb.

Məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. Azərbaycan Müdafiə Nazirliyi isə ənənəvi olara bu barədə hər hansı bir açıqlama verməyib.

Xatırladaq ki, Azərbaycan-Ermənistan sərhəddində hərbçilər arasında insident ilk deyil. Mayın 17-də də analoji hadisə baş vermişdi. Belə ki, Sünik vilayətində yerləşmiş erməni əsgərləri təxribata əl atsalar da, hərbçilərimiz onların qarşısını almışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button