Ölkə içi

Səfərbərlik Xidmətinin iki generalı işdən çıxarıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki generalı vəzifəsindən azad olunub.

Jamaz.info xəbər verir ki, işdən çıxarılan şəxslər Xidmətin Çağırış Baş İdarə rəisi, general-mayor Çingiz Kiçikbəyov və Kadrlar Baş İdarə rəisi, general-mayor Azad Əliyevdir.

Hər iki general sərəncama götürülüb.

Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, müvafiq sərəncamla Dövlət Xidmətinin 5 Baş İdarəsinin rəisləri tutduqları vəzifədən azad olunub.

Qeyd edək ki, ilk məlumatı gununsesi.info yayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button