Ölkə içi

Rüstəm Muradov Qarabağa gəlir

Rusiya generalı Rüstəm Muradov sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Qarabağa gəlir. JAMAZ.İNFO xəbər verir ki, bölgədəki sülhməramlı kontingentin ilk komandanı olmuş Muradovun Xankəndinə səfər etməsi orada keçiriləcək tədbirlə bağlıdır.

Məlumatda deyilir ki, rus general bu gün Ermənistana, oradan isə Xankəndinə gələcək. Orada Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il bağlanılmış üçtərəfli razılaşmanın ildönümü ilə bağlı keçiriləcək tədbirə qatılacaq. Belə ki, razılaşmanın bir illiyi ilə əlaqədar Rusiya tərəfi xeyli miqdarda humanitar yardımı ermənilərə paylayacaq. Bundan başqa, bir illik münasibəti ilə bölgədə xidmət edən rus sülhməramlılarına orden və medallar veriləcək. Belə orden və medalların sayı isə təxminən 200 ədəd olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button