Ölkə içi

Rusiya MN, Aİ və ABŞ Dövlət Departamenti Bakıya müraciət etdi

Dekabrın 12-dən etibarən Şuşa-Xankəndi yolu üzərində başlayan aksiya ilə bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. JAMAZ.İNFO xəbər verir ki, Rusiya MN hazırda yolun açılması məqsədi ilə Bakıyla danışıqlar aparır.

Bu əsnada, Avropa İttifaqı da Laçın dəhlizi ətrafında baş verən hadisəylə əlaqədar açıqlama yayıb. Birlik Azərbaycana müraciət edərək, Bakını yolun açılmasına yardımçı olmağa çağırıb.

ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays isə bəyan edib ki, Laçın dəhlizinin bağlanmasının ciddi humanitar nəticələri var və bu, sülh prosesini çətinə salır. “Biz Azərbaycan hökumətini dəhlizdə sərbəst hərəkəti bərpa etməyə çağırırıq. Məsələlərin həlli yolu danışıqlardan keçir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button