Ölkə içi

Rus nazir: “Xəritələr olmadan sərhəd məsələsini necə müzakirə edəcəklər?”

“Qərb ölkələri ATƏT-in Minsk Qrupunu məhv etdikdən sonra, Rusiyanın Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səylərinə müdaxilə etməyə çalışsalar da, bu, nəticəsiz qaldı”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Rusiyalı nazir qeyd edib ki, Rusiya sərhədlərin delimitasiyası məsələsində Ermənistan və Azərbaycana kömək edir. “Eyni zamanda, İrəvanla Bakı arasında sülh müqaviləsinin razılaşdırılmasına da kömək edəcək. Paralel olaraq, biz digər oyunçuların bu proseslərə müdaxilə etmək üçün konvulsiv cəhdlərini müşahidə etdik. Bununla bağlı heç bir problem yaşamadıq. İrəvan və Bakı ilə təmaslarımızda qeyd etdiyimiz yeganə şey o oldu ki, Qərb xüsusi razılıq əldə edərək, Rusiya ilə heç bir yerdə, heç bir formatda iştirak etməyəcəklərini rəsmən açıqladılar. Beləliklə, onlar ATƏT-in Minsk Qrupunun fəaliyyətini başa vurduqlarını elan etdilər”.

Lavrov bildirib ki, hazırda fransızlar, amerikalılar və bütövlükdə Avropa Birliyi Rusiyanın iştirakı ilə tərəflərin əldə etdiyi razılaşmaları götürüb özəlləşdirməyə çalışırlar. “Məsələn, Brüsseldə delimitasiya komissiyasının iclasını keçirirlər. Yaxşı, ermənilər də, azərbaycanlılar da nəzakətli insanlardır, ora gedirlər. Bəs, siz keçmiş sovet respublikalarının ərazilərini müəyyən edən xəritələr olmadan delimitasiyanı necə müzakirə edəcəksiz? O xəritələr ki, onlar Rusiya Baş Qərargahında saxlanılır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button