Ölkə içi

REAL hələ də 5 min üzv yığa bilməyib

Respublikaçı Alternativ (REAL) Partiyası “Siyasi partiyalar haqqında” qanunda nəzərdə tutulan 5 min üzv sayına hələ də çata bilməyib.

Jamaz.info xəbər verir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat yayıb.

O deyib ki, partiyaya daxil olan ərizələrin sayı 4 minə yaxındır. “Yaxın 1-2 həftəyə kampaniyanı tamamlayacağıq”, – REAL sədri bildirib.

Xatırladaq ki, bu ilin yanvar ayının 14-də Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Qanunu təsdiqləyib. 6 fəsil və 30 maddədən ibarət yeni qanunda siyasi partiyanın qeydiyyatı üçün 5 min üzv tələb edilir və bunun üçün onlara 6 ay vaxt verilir.

Onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən partiyaların 22-si artıq fəaliyyətinə son verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button