Ölkə içi

Ramiz Mehdiyevin kürəkənin dövlətə vergi borcu var

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkənin şirkətlərinin külli miqdarda dövlət borcu var.

Jamaz.info Qaynarinfo-ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin (Əli-Səftər) hazırda “German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 60 min manatdan çox vergi borcu yaranıb.
Bir il əvvəl Ramiz Mehdiyevin kürəkəninə məxsus şirkətlərin dövlətə 4 milyon manatdan çox vergi borcu var idi. O, vorcun xeyli hissəsini ödəsə də, hazırda yenə də dövlətə vergi borcu qalmaqdadır.
Qeyd edək ki, İlham Əliyevin hazırda “Topaz” MTK, “Qala-R.L” MTK, “NLT” MMC, “Premium Store” MMC, “Servis” Mənzil-Tikinti Kooperativi, “E & S” MMC, “Aqua Safe”, “Dry Tech”, “Aqua Safe H2O” MMC və digər adlı şirkətləri mövcuddur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button