Ölkə içi

Qubad İbadoğlu və bir qrup alim təqdimata hazırlaşır: İşğaldakı ərazilərimizə dəyən ziyanla bağlı

“İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanında dəyişiklik edib, Qarabağ iqtisadi rayonunun tərkibinə Xankəndi şəhəri ilə yanaşı Ağcabədi (əvvəl Aran rayonun tərkibində olub), Ağdam, Bərdə (əvvəl Aran iqtisadi rayonun tərkibində olub), Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil edilməsini,  Zəngilan, Qubadlı, Cəbrayıl (əvvəl Yuxarı Qarabağ iqtisadi rayonun tərkibində olub), Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilərək Şərqi Zəngəzur iqtisadi rayonu adlandırılmasını razılıq hissi ilə qarşıladım”. JAMAZ.İNFO xəbər verir ki, bunu tanınmış iqtisadçı, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bu gün imzalanan fərmana münasibət bildirərkən deyib.

O hesab edir ki, inzibatı-coğrafi ərazi bölgüsü baxımından düzgün yanaşmadır. “Amma Ağcabədi rayonu Qarabağa daxil edildiyi halda, Beyləqananın kənarda qalması sual doğura bilər və tarixi adların bərbasına xidmət edir”.

Qubad İbadoğlu təklif edir ki, rayonlar arasında rəqabət mühitinin formalaşdırılması, regionlara sərmayə qoyuluşlarının sürətləndirilməsi üçün onların iqtisadi müstəqilliyinin artırılması üçün əks fiskal mərkəzləşdirmə islahatlar aparılmalı, iqtisadi rayonlar üzrə paylı vergi sistemi tətbiq edilməlidir. “Bununla yanaşı, işğaldan azad olmuş ərazilərdə məskunlaşmanın sürətləndirilməsi və yerli özünü idarəetmə institutlarının yardılması istiqamətində də addımlar atılmalı, məskunlaşmadan sonra azad və şəffaf yerli seçkilər keçirilməlidir”.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur rayonlarının iqtisadiyyatına töhfə verməyə üçün təkliflərini əsirgəməyəcəklər. “Məlumatınız üçün bildirim ki, iyul ayı ərzində  əsasən xaricdə yaşayan Azərbaycanlı alimlərdən ibarət işçi qrupu ilə birgə hazırladığımız “İşğal altında olan ərazilərdə ayrı-ayrılıqda kənd təsərrüfatına, əmlaka və sənayeyə dəyən ziyanlara dair tədqiqatlar”ın təqdimatı olacaq. Artıq işimizə yekun vururuq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button