Ölkə içi

Qiyas İbrahimov Türkiyədən niyə deportasiya olunub?

Türkiyədən deportasiya edilən siyasi fəal Qiyas İbrahimov aprelin 22-də Türkiyənin Bakıdakı səfirliyində olub.
Ona bildiriblər ki, Türkiyədən müddətsiz deport olunub, lakin səbəbini açıqlamayıblar.
Qiyas İbrahimov Meydan TV-yə bildirib ki, səfirlikdən ona deportasiya olunma səbəbi ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət etməsi tövsiyə olunub: “Mənə dedilər ki, sənə “G” kodu qoyulub, nazirliyə və ya konsulluğa müraciət et. Onlar da Türkiyənin Emniyət Genel Müdürlüyü (Baş Polis İdarəsi) ilə əlaqə saxlayıb səbəbini öyrənəcəklər”.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Meydan TV-yə deyib ki, vətəndaş bununla bağlı nazirliyə rəsmi müraciət etməlidir.
Q.İbrahimov problemi hüquqi müstəvidə həll edilməsi ilə bağlı vəkillərlə məsləhətləşdiyini deyib. O bildirib ki, həm Türkiyədə, həm də Azərbaycanda hüquqi addımlar atacaq.
Siyasi fəal Qiyas İbrahimov aprelin 16-da Türkiyədən sərhədi keçəndə 1 saat saxlanılıb və birillik oturum icazəsi olduğu halda, müddətsiz deportasiya olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button