Ölkə içi

Qarabağla bağlı “qızıl qayda”nı pozdu

Ermənistanın baş naziri Nikol Paşinyan çıxışı zamanı rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra ona qarşı edilən daxili təzyiqlər və etirazlar davam edir.
“Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, bununla Ermənistanı qoruya biləcəyini düşünür. Lakin hakimiyyətin apardığı siyasətin heç bir zəmanəti yoxdur. O, həm özünü təkzib etdi, həm də Qarabağla bağlı “qızıl qaydanı pozdu”.

Jamaz.info xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın köməkçisi, AMK sədrinin müavini Levon Zurabyan deyib.

Zurabyanın fikrincə, Azərbaycan diplomatik sferada Ermənistandan fərqli olaraq daha effektiv rol oynayır.

“Ermənistanın siyasətinə gəldikdə, biz ikili siyasət aparmalıyıq, çünki Rusiya və Qərbdən asılıyıq. Amma bunlardan yalnız birini seçmək intihara bərabərdir”.

O bildirib ki, Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı nə Rusiya, nə də Qərbin gücü çatacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button