Ölkə içi

Qarabağdakı separatçılar təcili toplantı çağırdılar: Arayik qatılmaqdan imtina edib

Brüsseldə keçirilən son görüşdən sonra Qarabağdakı separatçılar ciddi təşvişə düşüblər. JAMAZ.İNFO xəbər verir ki, təşvişə səbəb AŞ-ın prezidenti Şarl Mişelin açıqlamasında ifadə etdiyi fikirlərdir.

Belə ki, Mişel açıqlamasında deyib ki, Azərbaycan tərəfinə Qqarabağda yaşayan etnik ermənilərin hüquqularının və təhlükəsizliyinin təmin edilməsini tövsiyyə edib. Bu açıqlama o deməkdir ki, Qərb Qarabağa hər hansı statusun verilməsinə tərəfdar olmadığı kimi, həm də bu məsələni müzakirə etmək fikrində də deyil. Bu isə Qarabağdakı separatçıların arzularının ürəyində qalması deməkdir. Ona görə də, təcili olaraq bu gün üçün yığıncaq çağırıblar.

Erməni mediası bununla bağlı məlumat yayıb ki, Xankəndidə qanunsuz fəaliyyət göstərən “partiya” və “təşkilat”ların rəhbərləri bu gecə bir araya gələrək, Brüssel görüşünü müzakirə edəcəklər. İlkin açıqlamalarında onlar deyiblər ki, sözügedən görüşdə əldə olunmuş razılaşma onların maraqlarına uyğun deyil.  “Şarl Mmişelin açıqlamasından aydın görünür ki, onlar Qarabağda yaşayan ermənilərə etnik qrup kimi baxır və onların da digər xalqlar kimi Azərbaycanın tərkibində yaşamasını məqsədəuyğun hesab edirlər. Bu zaman bizim mövqeyimiz nəzərə alınmayıb. Bu həm də o deməkdir ki, ermənilər Qarabağdan çıxarılacaq. Ona görə də, bir araya gələrək, məsələni müzakirə edəcək və qərarımızı verəcəyik”.

Gələn xəbərlərə görə, separatçıların rəhbəri Arayik Harutyunyan və dəstəsi bu yığıncağa qatılmaqdan imtina ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button