Ölkə içi

“Qarabağdakı ermənilərə milli azlıq statusunun verilməsi”: Ermənilərin 90 faizi əleyhinədir – SORĞU

GALLUP beynəxlaq təşkilatı Ermənistanda daha bir sorğu keçirib. JAMAZ.İNFO bildirir ki, həmin sorğu Qarabağda yaşayan ermənilərə Azərbaycanın tərkibində milli azlıq statusuna Ermənistan əhalisinin münsibətini müəyyən etmək məqsədi ilə keçirilib.

Həmin sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarının 90 faizi Qarabağda yaşayan ermənilərə Azərbaycanın tərkibində milli azlıq statusunun verilməsinin “əleyhi”nə olub. 9 faizi isə bunu ümumiyyətlə, “qəbuledilməz” hesab edib.

GALLUP-un Ermənistan üzrə nümayəndəsi Aram Navasardyan deyib ki, ötən ilin eyni dövrü ilə keçirilən sorğuların nəticələri ilə hazırkı nəticələr eynilik təşkil edir. “Tədqiqatların hər iki mərhələsində respondentlərin təxminən 90-ı belə bir həll yolu qəbuledilməz sayıblar”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button