Ölkə içi

Qarabağda “xin başçısı” uğrunda savaş: Vardanyanın “namizədi” kimdir?

Qarabağdakı separatçılar özlərinə yeni “komanda” qurmaq üçün ciddi cəhdlə çalışırlar. JAMAZ.İNFO xəbər verir ki, noyabrın 23-də separatçıların rəhbəri Arayik Harutyunyan 9 “naziri” işdən çıxarmaqla, Rusiyanın bölgəyə göndərdiyi adamı Ruben Vardanyanın ilk istəyini yerinə yetirmiş oldu.

Gələn xəbərlərə görə, hazırda əsas məsələ Qarabağdakı qondarma rejimin rəhbərliyi ilə Vardanyan arasında fikir ayrılığıdır. Buna səbəb də Harutyunyanın “güc nazirlikləri”ni əldən verməmək istəyi və “xin başçısı” postuna özünün adamını gətirmək cəhdidir. Elə bu səbəbdən də məsələ ətrafında savaşın başladığına dair iddialar var.

Qeyd edək ki, separatçılar “xin başçısı” postuna iki əsas namizədin adını çəkirdilər. Onlardan biri Sarkisyan hakimiyyəti dövründə Ermənistanın XİN başçısı olmuş Vardan Oskanyan, digər isə Paşinyan hakimiyyətinin sabiq XİN başçısı Ara Ayvazyan idi.  Oskanyan Rusiyanın, Ayvazyan isə Fransanın siyasi dairələrinə yaxın şəxslər hesab olunurlar. Lakin bu gün məlum olub ki, Ruben Vardanyan həmin “post”a Masis Mayilyanı gətirməyi düşünür. Vaxtıyla Arayikin “müşaviri”, daha sonra isə “xin başçısı” olmuş Mayilyanın adının ortaya çıxmasına səbəb isə onun Rrusiyanın Ermənistandakı səfiri ilə fotoşəklinin mediada yayılması göstərilir. Hərçənd o, bir xeyli müddət idi Rusiya ilə problem yaşayırdı, hətta Mayilyanın Rusiyaya girişinə belə qadağa qoyulmuşdu. Dünən məlum olub ki, Masisin Rusiyaya girişinə qoyulmuş qadağa ləğv edilib.

Ermənistanda nəşr olunan “Joqovurd” qəzetinin yazdığına görə, Masis Mayilyan son zamanlar Ruben Vardanyanın komandasında önəmli yer tutmağa başlayıb. Onlar arasında əlaqələr isə xeyli əvvəldən yaranıbmış. Hələ Moskvada olarkən həm biznes, həm də digər məsələrdə bir neçə ortaqlıqlarının olduğuna dair iddialar da var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button