Ölkə içi

Qarabağda səngər əməliyyatı: Bakı nəyə hazırlaşır?

Qarabağdakı separatçı-terrorçuların ordumuza qarşı təxribatların hazırladığı gözləntisi hər keçən gün daha da artır. Burada əsas məqsəd erməni əhalisinin Azərbaycana inteqrasiyasının qarşısını almaq və özlərini “tərəf” kimi qəbul etdirməkdir.

Son məlumatlar bu kontekstdə xüsusilə diqqət çəkir: qanunsuz erməni silahlı dəstələrin üç videomüşahidə kamerası Ordumuz tərəfindən sıradan çıxarılıb, bununla yanaşı, separatçıların yeni səngərlər qazdığı, “mövqelər” qurduğunu əks etdirən görüntülər yayılıb;

Səngərlərin sülhməramlıların müşahidə məntəqəsinin yanında qazılması təxribat hazırlığının arxasında Rusiyanın dayandığını açıq şəkildə göstərir. Xocalıda erməni əhalisi ilə keçirilən görüş inteqrasiya prosesində ilk addım kimi qəbul olunur, xüsusilə Qərb buna dəstək verir. Rusiya görüşə “moderatorluq” etsə də, inteqrasiya prosesini əngəlləməkdə maraqlıdır. Çünki qarşıdurma sülhməramlıların bölgədə qalması üçün “qarantiya” deməkdir.

Baş verənlər fonunda videomüşahidə kameralarının sıradan çıxarılması, o cümlədən, erməni terrorçuların səngər qazdığına dair görüntülər iki məsələni aktuallaşdırır.

Birincisi, rəsmi Bakı təmasların qurulmasını istəyən Qərbə, Qarabağdakı erməni əhalisinin adından danışmaq istəyənlərin separatçılar olduğunu və onların Azərbaycanın suverenliyinə təhdid yaratdığını göstərir, eləcə də onları məhvetmə hüququna sahib olduğu mesajını verir;

İkincisi, son siyasi proseslər, xüsusilə Xocalı görüşü fonunda bu faktların ortaya çıxması, qanunsuz silahlı dəstələrə qarşı mümkün əməliyyatı da aktuallaşdırır;

Mümkündr ki, qarşıdakı dövrdə Qarabağda müəyyən əməliyyatların keçirilməsi gündəmə gələ bilər. Çünki separatçı-terrorçuların davranışı onların yalnız güc dilini anladığını təsdiq edir. Bununla yanaşı, separatçıların vəziyyəti gərginləşdirmək üçün ordumuza qarşı daha böyük təxribat hazırladığı da hiss edilir. Belə bir vəziyyətdə anti-terror əməliyyatı qaçılmaz ola bilər.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button