Ölkə içi

Paşinyan rusiyalı həmkarına Azərbaycandan şikayət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustinə Azərbaycanla bağlı şikayət edib. JAMAZ.İNFO xəbər verir ki, o, bunu rus hımkarı ilə görüşdə dilə gətirib.

O deyib ki, Rusiya prezidenti Vladimir Putinin Qarabağda hərbi əməliyyatları dayandırmaq üçün səylərini yüksək qiymətləndirir. “Bundan başqa, rus sülhməramlılarının Qarabağdakı missiyası olduqca effektlidir. Bu artıq bizə aydındır”.

Paşinyan hazırda Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin üçtərəfli razılaşmaya uyğun komissiyada təmsil olunduqlarını və danışıqlar apardıqlarını da vurğulayıb. “Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycan noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmanın ən mühüm bəndlərindən biri olan əsirlərin qaytarılması bəndinə əməl etmir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button